İnstitutda Rusiya Federasiyasının patentləri əsasında kəndli fermer təsərrüfatları ücün təcrübi nümunələri hazırlanaraq Dövlət sınağından keçmiş kiçik qabaritli qurğuların ( qarğıdalı dənini qıcadan ayıran, dənli yemləri xırdalayan, quru ot doğrayan və qozu qərzəkdən təmizləyən ) baş konstruktor İsrail Məmmədovun rəhbərliyi altında Bakı şəhəri, Kaspi – Yıldız zavodunda partiya şəklində, hər birindən, 20 ədəd olmaqla zavod nümunələri hazırlanmış, və onlardan qarğıdalı dənini qıcadan ayiran və dənli yemləri xırdalayan qurğuların istehsalat səraitində sınağı keçirilmişdir. Sınaq zamanı 10 ton qarğıdalı dəni qıcadan ayrılmaqla xırdalanmışdır. Hər iki qurğu aqrotexniki tələbata və texniki şərtlərə tam cavab verildiyindən onların kütləvi istehsalı tövsiyə olunmuşdur.