İnstitutun Böyük Elmi Şurasının 26,27,28 dekabr tarixlərində iclası keçirildi. İclasda institutun 2015-2017-ci il üçün təsdiq olunmuş Mövzu Planı üzrə hesabatı dinlənildi. Elmi işlər üzrə direktorun müavini dos.N. Nuriyev qeyd etdi ki, Mövzu Planında qəbul olunmuş bir istiqamət,3 problemin həlli üzrə 8 elmi mövzu yerinə yetirilmişdir.
Daha sonra mövzu rəhbərlərinin hesabatı dinlənilərək müzakirələr aparıldı. Elmi Şuranın qərarı ilə göstərilən irad və təkliflər nəzərə alınmaqla hesabatların qəbul olunması qeyd olundu.
Daha sonra institutun direktoru Kamil Fətəliyev çıxış edərək 2017-ci ildə əldə olunan nailiyyətlərlə Şura üzvlərini məlumatlandırdı və “Aqromexanika” fotoalbomun təqdimatını etdi, institutun 4 nəfər əməkdaşını yubileyləri münasibəti ilə Fəxri fərman və hədiyyə ilə təbrik etməklə qarşıdan gələn Yeni il münasibətilə kollektivə öz xoş arzularını bildirdi.