Ən son xəbərlər

10 sentyabr 2020-ci il

“Fındığı qərzəkdən təmizləyən qurğu”ya Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2725731, 2020-ci il).

Daha ətraflı »

01 sentyabr 2020-ci il

“Troslu çevik mala” qurğusuna Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2725732, 2020-ci il). TƏBRİK EDİRİK!

Daha ətraflı »

26 avqust 2020-ci il

14 avqust 2020-ci il tarixdə Respublika Kənd Təsərrüfatı Nazirliyinin “Kənd həyatı” qəzetində [№ 13 (8715) ] institutun direktoru Kamil Fətəliyevin “İnnovativ texnologiyalardan istifadə günün tələbidir” adlı məqaləsi dərc olunmuşdur.

Daha ətraflı »

04 avqust 2020-ci il

04 avqust 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. İnstitutun 2020-ci ilmövzu planının gedişi haqqında. 2. Koronavirusa (Covid-19) yoluxmamaq üçün görülən tədbirlər haqqında.

Daha ətraflı »

02 iyun 2020-ci il

02 iyun 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və Aqromexanika Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi  “Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan …

Daha ətraflı »

19 may 2020-ci il

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihəsi çərçivəsində taxıl yığımı ilə əlaqədər növbəti tədbiri Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə Azərbaycan Dövlət Maşın Sinaq Stansıyasında keçirilmişdir. Tədbirdə “Aqromexanika” ETİ-nun elmi işlər üzrə direktor müavini əvəzi Xudayar Məmmədov, baş konstruktor İsrail Məmmədov, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi …

Daha ətraflı »

21 may 2020-ci il

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihəsi çərçivəsində taxıl yığımı ilə əlaqədər növbəti tədbiri Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə “Aqrolizinq” ASC-nin Goranboy Bolməsində keçirilmişdir. Tədbirdə “Aqromexanika” ETİ-nun elmi işlər üzrə direktor müavini əvəzi Xudayar Məmmədov, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi Hüseyn Qurbanov, taxılçılıqla məşğul olan …

Daha ətraflı »

22 aprel 2020-ci il

İnstitut əməkdaşlarının iştirakı ilə Sabirabad Dayaq Məntəqəsinin 5 ha əkin sahəsində pambıq səpini aparılmışdır. Səpin Türkiyə istehsalı olan 4 cərgəli, cərgələrarası məsafə 90 sm olan “CANSA” markalı pambıq çiyidi səpən qurğu ilə yerinə yetirilmişdir . Tədbirdən görüntüləri nəzərinizə çatdırırıq.

Daha ətraflı »