04 mart 2021-ci il

“Aqromexanika” ETİ

“ZƏYƏM TEXNOLOGİYALAR PARKI” ASC

Respublikamızda kənd təsərrüfatı sahəsində dövlət siyasəti və dəstəyi ilə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir kənd təssərüfatı infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir.

04 mart 2021-ci il tarixində “ZƏYƏM TEXNOLOGİYALAR PARKI” ASC-nin mütəxəssislərindən ibarət bir qrup əməkdaşı “AQROMEXANİKA” ETİ-da işgüzar səfərdə olmuşlar. Səfərdə məqsəd institutla yaxından tanış olmaq, elmi-tədqiqat işlərinin istiqamətləri, mövzular və aparılan işlər haqqında ətraflı məlumat toplamaq, kənd təsərrüfatı sahəsində istifadə edilən texnikaların, hazırlanmış təcrübi maşınların “ZƏYƏM TEXNOLOGİYALAR PARKI” ASC-də istehsalı perspektivlərini nəzərdən keçirmək və s. məsələlər olmuşdur. İşgüzar şəraitdə keçən səfərdə institutun əməkdaşları ilə növbəti görüşün  “ZƏYƏM TEXNOLOGİYALAR PARKI” ASC-də keçirilməsi qərara alınmışdır.

Tərəflər arasındakı razılaşmaya müvafiq olaraq 10 mart 2021-ci il tarixində “AQROMEXANİKA” ETİ-nun rəhbər və aparıcı mütəxəssislərdən ibarət nümayəndə heyəti “ZƏYƏM TEXNOLOGİYALAR PARKI”nda işgüzar səfərdə olmuşlar. İlk öncə ZTP ilə ümumi tanışlıq olmuşdur. Qeyd olunmuşdur ki,   “Zəyəm Texnologiyalar Parkı”  Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir və bu istiqamətdəki fəaliyyətini tam gücüylə davam etdirməkdə qərarlıdır. Zavodun əsas prioritet fəaliyyət istiqamətini layihələndirmə, qaldırıcı qurğuların, yeraltı və yerüstü çənlərin, müxtəlif növ kənd təsərrüfatı texnikasının, bina və körpülərin ağır metal konstruksiyasının istehsalını təşkil etməkdir. Artıq müəssisə Avropa və Asiyanın ən tanınmış müəssisələrində istehsal edilmiş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Müəssisədə frezləmə, boru əymə, çən borularını qaynaq edən, metal konstruksiyaları bucaq altında kəsən müasir avadanlıqlar quraşdırılmışdır. Müasir avadanlıqlarla təchiz olunmuş istehsal sexləri fəaliyyət göstərir. Tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur. Daha sonra “Zəyəm Texnologiyalar Parkı”  ASC-nin rəhbərliyi ilə birgə əməkdaşliq haqqında müzakirələr aparılmışdır. İnstitutda layihələndirilən qurğuların və təcrübi maşınların bir neçəsinin ZTP-də istehsalı imkanlarına toxunulmuşdur.  İşgüzar şəraitdə keçən görüşdə əməkdaşlığın daha da genişləndirilməsi qərara alındı. Görüşdən foto görüntüləri təqdim edirik: