17 mart 2021-ci il

17 mart 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti  iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. 2021-ci il üçün mövzu planı üzrə proqram və metodikaların müzakirəsi.
    Məruzəçilər: Nağıyev E.M., Quliyev Z.V., Sadıxov S.Y., Paşayev E.A.,
    Ələkbərov H.T., Hacıyev İ.M., Cəfərov Ə.A., Məmmədov X.Ə.
  2. Müxtəlif məsələlər.

Birinci məsələ üzrə:

Dinlənildi: mövzu rəhbərlərinin 2021-ci ilin mövzu planı üzrə proqram və metodikaları  haqqında  məruzələri.

Qərara alındı:

2021-ci il üçün mövzu planı üzrə proqram və metodikalar təsdiq edilsin.

İkinci məsələ üzrə:

Dinlənildi: elmi katib A.C. Mirzəyeva institutun əməkdaşları Hüseyn Qurbanov və Afiq Zeynalovun dərc olunmaq üçün təqdim etdikləri “Dəqiq suvarma” adlı tövsiyə ilə tanış etdi.

Qərara alındı:

İnstitutun əməkdaşları Hüseyn Qurbanov və Afiq Zeynalovun təqdim etdikləri “Dəqiq suvarma” adlı tövsiyənin dərc olunması məqsədəuyğun hesab edilsin.