11 dekabr 2020-ci il

İnstitut əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Fındığı qərzəkdən təmizləyən qurğu”nun ilkin sınağı aparılmışdır. “Fındığı qərzəkdən təmizləyən qurğu”ya Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə Federal Qulluq (Rospatent) qurumundan ixtiraya patent alınmışdır (RF № 2725731, 2020-ci il). Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur.

Müəyyən edilmişdir ki, qurğunun məhsuldarlığı (450-500) kq/saat olmuşdur. Qərzəkli fındığın təmizlənməsində aşağıdakı nəticələr alınmışdir:

  1. Təmiz fındıq -80%;
  2. Qərzək -15%;
  3. Təmizlənməmiş fındıq -5%.

Əl əməyi ilə müqayisədə əmək məhsuldarlığı 40 dəfədən artıq olmuşdur.

“Fındığı qərzəkdən təmizləyən qurğu”nun Respublikanin fındıqçılıqla mışğul olan kəndli-fermer təsərrüfatlarında tətbiqi nəzərdə tutulur.

FINDIĞI QƏRZƏKDƏN TƏMİZLƏYƏN QURĞU

Qurğunun işçi orqanı
Qurğunun işçi orqanı
Qərzəkdən təmizlənmiş fındıq
Qərzəkdən təmizlənmiş fındıq
Fındığı qərzəkdən təmizləyən qurğuda qərzəyin xaric olunması
Fındığı qərzəkdən təmizləyən qurğuda qərzəyin xaric olunması

QURĞUNUN TEXNİKİ SƏCİYYƏSİ