09 fevral 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
- İnstitutun 2021-ci il üçün Elmi Şurasının tərkibinin və iş planının təsdiqi.
- İnstitutun 2021-ci il üçün strukturu və ştat cədvəlinin təsdiqi.
- İnstitutun 2021-ci il üçün mövzu planının təsdiqi.
- Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
Dinlənildi: Direktor K.H. Fətəliyev institutun 2021-ci il üçün Elmi Şurasının tərkibi və iş planı ilə şura üzvlərini tanış etdi (tərkib və iş planı əlavə olunur).
Qərara alındı:
İnstitutun 2021-ci il üçün Elmi Şurasının tərkibi və iş planı təsdiqi edilsin.
İkinci məsələ üzrə:
Dinlənildi: Direktor K.H. Fətəliyev 2021-ci il üçün institutun strukturu və ştat cədvəli ilə tanış etdi (struktur və ştat cədvəli əlavə olunur).
Qərara alındı:
İnstitutun 2021-ci il üçün strukturu və ştat cədvəli təsdiqi edilsin.
Üçüncü məsələ üzrə:
Dinlənildi: Direktorun elmi işlər üzrə müavini əvəzi X.Ə. Məmmədov institutun 2021-ci il üçün mövzu planı ilə şura üzvlərini tanış etdi (mövzu planı əlavə olunur).
Mövzu planında 1 istiqamət 2 problem və 8 elmi mövzunun işlənməsi nəzərdə tutulur.
Qərara alındı:
İnstitutun 2021-ci il üçün mövzu planı təsdiq edilsin.