İnstitut əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Troslu çevik mala”nın Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin əkin sahəsində təsərrüfat sınağı aparılmışdır. Sınaqda “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının əməkdaşları ilə birlikdə Samux DAİM-nin mütəxəssisləri və institutda istehsalat təcrübəsində olan Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik” ixtisası üzrə azərbaycan və rus bölmələrinin bir qrup tələbəsi iştirak etmişdir. “Troslu çevik mala”ya Rusiya Federasiyasından ixtiraya patent alınmışdır. Qurğunun sınağının nəticələri uğurlu olmuşdur. Laboratoriyanın əməkdaşları müvafiq ölçmələr aparmış, lazımi məlumatlar toplayıblar. 3 ha əkin sahəsində pambıq səpini üçün səpinqabağı becərilmə əməliyyatı aparılmışdır. Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Tədbirdən video və foto görüntüləri nəzərinizə çatdırırıq.