08 dekabr 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
1. İnstitutun 2018-2020-ci illər üzrə yekun elmi hesabatların müzakirəsi.
Məruzəçilər: Nağıyev E.M.; Quliyev Z.V.; Sadıxov S.Y.; Paşayev E.A.; Ələkbərov H.T.; Hacıyev İ.M.; Cəfərov Ə.A.
2. Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
1. Dinlənildi: “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dosent E.M. Nağıyevin “Taxıl istehsalında mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənib hazırlanması” mövzusu üzrə hesabatı.
Hesabata rəyi Ələkbərov H.T. verib.
Qərara alındı:
“Taxıl istehsalında mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənib hazırlanması” mövzusu üzrə hesabat qəbul edilsin.
2. Dinlənildi: “Heyvandarlıqda texnoloji proseslərin və yem istehsalının mexanikləşdirilməsi” laboratoriyasının müdiri Z.V.Quliyevin “Buzovların yemlənməsi üçün üzlü süd əvəzedicisi hazırlayan qurğunun konstruktiv-rejim parametrlərinin əsaslandırılması və işlənməsi”mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent Nağıyev E.M. verib.
Qərara alındı:
“Buzovların yemlənməsi üçün üzlü süd əvəzedicisi hazırlayan qurğunun konstruktiv-rejim parametrlərinin əsaslandırılması və işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
3. Dinlənildi: “Texniki təminat, texnki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d., dosent S.Y.Sadıxovun “Respublikanın Aqrar Sənaye Kompleksində texniki servis və istismar xidmət bazalarının təşkilinin elmi cəhətdən əsaslandırılması” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent Mehdiyev M.P. verib.
Qərara alındı:
“Respublikanın Aqrar Sənaye Kompleksində texniki servis və istismar xidmət bazalarının təşkilinin elmi cəhətdən əsaslandırılması” mövzusu üzrə hesabat qəbul edilsin.
4. Dinlənildi: “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dosent E.A. Paşayevin “Qərzəkli meyvə istehsalında mütərəqqi vəsait və enerjiqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi Quliyev Z.V. verib.
Qərara alındı:
“Qərzəkli meyvə istehsalında mütərəqqi vəsait və enerjiqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
5. Dinlənildi: “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.T.Ələkbərovun “Üzümçülüyün mexanikləşdirilməsində yeni enerji və vəsaitqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent E.A. Paşayev verib.
Qərara alındı:
“Üzümçülüyün mexanikləşdirilməsində yeni enerji və vəsaitqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
6. Dinlənildi: “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d., dosent İ.M.Hacıyevin “Kəndi-fermer təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının emalında enerji və resursqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi”mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent S.Y.Sadıxov verib.
Qərara alındı:
“Kəndi-fermer təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının emalında enerji və resursqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
7. Dinlənildi: “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyasının müdiri Ə.A.Cəfərovun “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsində enerji və vəsaitqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent N.N.Nuriyev verib.
Qərara alındı:
“İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsində enerji və vəsaitqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
İkinci məsələ üzrə:
Dinlənildi: elmi katib A.C.Mirzəyeva institutun doktorant və dissertantlarının attestasiya olunmaq üçün sənədləri (hesabat və fərdi iş planı) ilə tanış etdi.
Qərara alındı:
1. Dissertantlar Əliyev Eldar Aydın oğlu və Dadaşov Cəlil Qasım oğlu üçüncü kursa keçirilsinlər.
2. Doktorantlar Ağayev Emil Fikrət oğlu, İsmayılov Ələmdar Ələsgər oğlu və dissertant Məmmədov Elçin Misir oğlu dördüncü kursa keçirilsinlər.
3. Doktorant Kamran Tamerlan Fədail oğlu və dissertant Xasməmmədli İlham Vüqar oğlu oxuma müddəti bitdiyinə görə doktorantura və dissertanturadan azad edilsinlər.