Ən son xəbərlər

10 fevral 2022-ci il

10.02.2022-ci il tarixdə Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “İnnovativ texnikalar Fermerin yanında” layihəsi çərçivəsində tarla müşavirəsi keçirilmişdir. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumların nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları və fermerlər iştirak etmişdir.

Daha ətraflı »

21 yanvar 2022-ci il

21 yanvar 2022-ci il tarixdə “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının əməkdaşları Quliyev Ş.Ə., Hüseynov Ə.Q. və Əliyev K.İ. Samux rayonundakı “Ata-Aqro” MMC-də olmuş, cəmiyyətə məxsus olan istixana təsərrüfatında tərəvəz bitkilərinin becərilməsində istehsal proseslərinin avtomatlaşdırılması sahəsində istifadə olunan qurğu və avadanlıqların iş prinsipləri ilə yaxından tanış olmuşlar. Tanışlıqda əldə olunan materiallar, baza təsərrüfatı kimi, laboratoriyada yerinə yetirilən elmi-tədqiqat işlərinin aparılmasında …

Daha ətraflı »

21 dekabr 2021-ci il

Azərbaycanda fındıq ixracatına görə dünyada Türkiyə və İtaliyadan sonra üçünçü yeri tutur. Ötən il 240 milyon manatlıq meyvə ixrac olunub ki, bunun da 125 milyon manatı fındığın payına düşüb. Odur ki, ölkəmizdə digər sahələrlə yanaşı fındıqçılığın inkişafına, əkin sahələrinin genişləndirilməsi isə həmçinin məhsuldarlığın artırılmasına xüsusi əhəmiyyət verilir.

Daha ətraflı »

Fermerlərin nəzərinə! 03.12.2021-ci il

Tərəfimizdən “Kaspi-Yıldız” MMC (Bakı ş.) ilə bağlanmış müqavilə əsasında institutda aparılmış tədqiqat işlərinin nəticəsi olaraq ixtira səviyyəsində təcrübi nümunələri hazırlanmış və sınaqdan keçirilmiş aşağıdakı qurğuların (maşınların) zavod şəraitində sizlərin sifarişi əsasında hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyi AKİA xətti ilə güzəştli şərtlərlə satışı nəzərdə tutulur.

Daha ətraflı »

12 noyabr 2021-ci il

12 noyabr 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: Dissertant Tərxan Hakim oğlu Bayramovun “Südün səmərəli aktinizasiya texnologiyasının və texniki vasitənin işlənməsi” (3102.01 – “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işinin müzakirəsi. Dissertant İradə Adil qızı Seyidovanın “Yem qarışıqlarının istehsalında inqrediyentləri dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” (3102.01- “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işinin müzakirəsi. Müxtəlif məsələlər. 1. Dissertant Tərxan …

Daha ətraflı »

Qozu qərzəkdən təmizləyən və yuyan qurğu

İnstitut əməkdaşlarının patent səviyyəsində hazırladıqları “Qozu qərzəkdən təmizləyən və yuyan qurğu”da badamın qərzəkdən təmizlənməsi və yuyulmasının ilkin sınağı aparılmışdır. Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur. Müəyyən edilmişdir ki, qurğunun məhsuldarlığı (850- 900) kq/saat , əl əməyi ilə müqayisədə isə əmək məhsuldarlığı 30 dəfədən artıq olmuşdur. “Qozu qərzəkdən təmizləyən və yuyan qurğu”da bəzi konstruktiv dəyişiliklər etməklə ondan Respublikanın badam yetişdirməklə məşğul …

Daha ətraflı »

Vakant vəzifələr haqqında məlumat

Tarix: 01.09.2021     “Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində işə qəbul Qaydaları”na 1 nömrəli Əlavə   Vakant vəzifələr haqqında məlumat                                                    CƏDVƏLİ     Təqdim edən qurum “Aqromexanika”  ETİ Təqdim edilmə tarixi 01.09.2021 – 01.10.2021-ci il     Sıra sayı Struktur bölmə Vəzifənin adı Vakant ştat sayı   1 Örtülü torpaqlarda istehsal “proseslərinin avtomatlaşdırılması” laboratoriyası Laboratoriya müdiri 1 2 …

Daha ətraflı »