06-07.04.2022-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanığlılığın sürətləndirilməsi” mövzusu çərçivəsində “Fındıq dəyər zənciri, emalı və enerji isifadəsi” mövzusu üzrə texniki seminar keçirilmişdir.
Seminarda Azərbaycan Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin layihə Rəhbəri (HAZER layihəsi) cənab Fəqan Ağayev, FAO-nun Roma Ofisinin bioenerji üzrə ekspertləri – İoannis Vaskalis və Ana Kojakoviç, Kənd Təsərrüfatı Nazirliyi “Aqrar İnnovasiya Mərkəzi”nin, “Qida Təhlükəsizliyi Agentliyi”nin nümayəndələri və fındıqçılıqla məşğul olan iş adamları iştirak edirdilər.
Tədbirdə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri Paşayev E.A. “Fındıqçılığın inkişafında mövcud problemlərin həlli, fındığın dəyər zəncirində texnikanın rolu, mövcud çatışmamazlıqların aradan qaldırılması yolları haqqında” müzakirələrdə iştirak etmişdir.