14 iyul 2022-ci il

14 iyul 2022-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

Gündəlik məsələlər:

  1. İnstitutun 2022-ci il üçün mövzu planı üzrə yarımillik qısa elmi hesabatların müzakirəsi.
  2. Müxtəlif məsələlər.

İnstitutda 1 istiqamət, 2 problem üzrə 9 elmi-tədqiqat işi aparılır.

  1. Dinlənildi: ”Bitkiçiliyin mexanikləşdirilməsi “ laboratoriyasının müdiri t.f.d.,dosent E.M.Nağıyevin, “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d.,dosent S.Y.Sadıxovun, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d.,dosent E.A.Paşayevin, “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.T.Ələkbərovun, “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının  müdiri t.f.d.,dosent İ.M.Hacıyevin, “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri Z.V.Quliyevin, “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun və  “Örtülü torpaqlarda texnoloji proseslərin avtomatlaşdırılması” laboratoriyasının müdiri əvəzi Ə.Q.Hüseynovun  mərhələ  üzrə hesabatları dinlənildi.

Çıxışlar: İnstitutun elmi işlər üzrə müavin əvəzi X.Məmmədov, laboratoriya müdirləri: dos. İ.Hacıyev, dos. E.Paşayev, dos. E.Nağıyev, Z.Quliyev çıxış edərək hesabat dövründə elmi mövzuların yerinə yetirilməsi zamanı üzləşdikləri çətinliklər və onların aradan qaldırılması yolları haqqında fikir mübadiləsi apardılar.

Daha sonra Şuranın sədri K.Fətəliyev hər bir laboratoriyada ötən 6 ay ərzində görülmüş işlərə öz münasibətini bildirərək, mövzu rəhbərini məsuliyyətli olmağı, verılmiş tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyi tapşırdı,  “Texniki təminat, texniki istismar və aqroservis” (dos S.Sadıxovun), “Üzümçülüyün mexanikləşdiril-məsi”  (H.Ələkbərov) laboratoriyalarının fəaliyyətlərinin zəif olduğunu qeyd etdi.

K.H.Fətəliyev bildirdi ki:

–  “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d.,dosent S.Y.Sadıxovun rəhbərlik etdiyi mövzunun yarımillik hesabatı lazımi səviyyədə yerinə yetirilməmişdir, işlərin gedişi çox zəifdir. Elmi tədqiqat işlərinin gedişində dönüş yaradılsın;

– “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.T.Ələkbərovun rəhbərlik etdiyi mövzunun yerinə yetirilməsində dönüş yaratmaq məqsədilə, həm də H.T.Ələkbərovun yaş həddinin ( 69 yaş ) çoxluğunu nəzərə alıb tutduğu vəzifədən azad edilsin. Bir illik müqavilə əsasında başqa vəzifəyə keçirilsin. Son 6 ayda laboratoriyada elmi məqalə nəşr edilməmişdir.

Qərar:

  1. 2022-ci ilin I yarımilliyi üzrə aşağıdakı laboratoriyalarının: ”Bitkiçiliyin mexanikləşdirilməsi,“ “Bağçılığın mexanikləşdirilməsi,” “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması,” “Kənd təsərrüfatı məhsullarının emalı,” “İnformasiya təminatı, patent və texniki vasitələr,” “Örtülü istehsal torpaqlarda texnoloji proseslərin avtomatlaşdırılması” hesabatları qənaətbaxş hesab edilərək qəbul edilsin.

2.“Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri dos S.Sadıxovun,“Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri  H.Ələkbərovun hesabat dövründə zəif fəaliyyəti qeyd edilsin, əlavə dəyişikliklər edilməklə hesabatları qəbul edilsin.

2.1. “Üzümçülüyün mexanikləşdirilməsi”  laboratoriyasının laboratoriya müdiri Hikmət Ələkbərovun yaş həddinin çoxluğunu (69 yaş) və elmi dərəcəsi olmadığını nəzərə alıb, tutduğu vəzifədən azad edilsin və birillik müqavilə əsasında həmin laboratoriyada başqa vəzifəyə keçirilsin.

2.2. Həmin laboratoriyanın aparıcı elmi işçisi, t.f.d.,dosent  Bağırov Hadı Sadıx oğlu   “Üzümçülüyün mexanikləşdirilməsi”  laboratoriyasına müdir təyin edilsin və aparılan elmi mövzuya rəhbərlik etsin.

 2.  Müxtəlif məsələlər:  “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının (müdir, dos. E.Paşayev) bir qrup əməkdaşları tərəfindən “Bağçılığın mexanikləş-dirilməsində yeni texnika və texnologiyalar” adlı tövsiyənin bağçılığın və onun mexanikləşdirilməsinin ölkə iqtisadiyyatında olan əhəmiyyətini nəzərə alıb, daha zəngin materiallar əlavə edib yenidən işlənməsi qərara alındı. Buna fermerlərin böyük ehtiyacı vardır.