Ən son xəbərlər

15 yanvar 2018-ci il

Böyük Elmi Şurada İnstitutun 2018-ci il üçün strukturu, ştat cədvəli, iş planı, böyük Elmi Şuranın tərkibi və 2018-20-ci illər üzrə nəzərdə tutulan mövzu planı təsdiq edildi.

Daha ətraflı »

5 yanvar 2018-ci il

İnstitutun Böyük Elmi Şurasında dissertant Məmmədov Azər İsmayıl oğlunun “Qarğıdalı qıcasının toxumluq dən almaq üçün işləmə texnologiyasının və qurğusunun təkmilləşdirilməsi” mövzusu üzrə (rəhbər prof.Q.Məmmədov) dissertasiya işinin müzakirəsi keçirildi.

Daha ətraflı »

28 dekabr 2017-ci il

İnstitutun Böyük Elmi Şurasının 26,27,28 dekabr tarixlərində iclası keçirildi. İclasda institutun 2015-2017-ci il üçün təsdiq olunmuş Mövzu Planı üzrə hesabatı dinlənildi. Elmi işlər üzrə direktorun müavini dos.N. Nuriyev qeyd etdi ki, Mövzu Planında qəbul olunmuş bir istiqamət,3 problemin həlli üzrə 8 elmi mövzu yerinə yetirilmişdir.

Daha ətraflı »

15 dekabr 2017-ci il

Azərbaycan gənc alimlərinin Bakı şəhəri, AMEA-da I-qurultayı keçirildi. Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramında intellektual gəncliklə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə baş tutub. Öncə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə başçısının qurultay iştirakçılarına təbrikini səsləndirib. Çıxışlardan sonra qurultay iştirakçılarının ölkə rəhbərinə müraciəti oxunub. Qurultayda institutun əməkdaşlarından Kənan Əliyev və Vüsal Məmmədov iştirak etmişlər.

Daha ətraflı »

08 dekabr 2017-ci il

Azərbaycan Elmi-Tədqiqat “Üzümçülük” İnstitutunun dissertantı Zaur Saleh oğlu Bağırovun (elmi rəhbər prof.Hasil Fətəliyev) 3309.01 – “ Qida məhsullarının texnologiyası” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şərabın stabilliyini təmin edən mütərəqqi texnologiyanın işlənməsi” mövzusunda B/FD.04.131 dissertasiya şurasına tədqim etdiyi disserttasiya işi aparıcı müəssisə kimi institutun Elmi Şurasında müzakirə olunaraq müsbət münasibət bildirildi (08 dekabr 2017-ci il, prot.№ 8)

Daha ətraflı »

01 dekabr 2017-ci il

İnstitutun Böyük Elmi Şurasında dissertant Məmmədova Südabə Oktay qızının “Qaba yemlərin qidalılığının fiziki-kimyəvi üsulla yaxşılaşdırma texnologiyası və qurğusunun təkmilləşdirilməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirildi. (Elmi rəhbər t.e.d., prof. Bayram Bağırov).

Daha ətraflı »

17 Sentyabr 2017-ci il

“Gəncə marafonu – 2017”– də institutumuzun “Bağçılığın mexanikləş­diril­məsi” laboratoriyasının müdiri 72 yaşlı texnika üzrə fəlsəfə doktoru, dosent Elbrus Paşayev də iştirak etmişdir. Yaş həddinin çoxluğuna baxmayaraq Elbrus Paşayev nəzərdə tutulan 17 km məsafəni bir qrup gənclə birgə bir saat 50 dəqiqəyə qət edərək nümunə göstərmişdir. Təbrik edirik! Onu da qeyd etmək lazımdır ki, dosent Elbrus Paşayev müxtəlif vaxtlarda 3 dəfə …

Daha ətraflı »

05 Sentyabr 2017-ci il

Artıq İnstitutda ixtira səviyyəsində patentləri alınmış, kəndli–fermer təsərrüfatları üçün təcrübi nümunələri hazırlanmış və məişət gərginliyi (220V) ilə işləyən 4 (dörd) ədəd kiçik qabaritli, az enerji sərf edən : universal dənli (qüvvəli) yemləri xırdalayan, quru ot doğrayan, qarğıdalı dənini qıçadan ayıran və qozu qərzəkdən təmizləyən və yuyan maşın Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Kaspi–Yıldız” zavodu (Bakı ş.) tərəfindən müəyyən partiya …

Daha ətraflı »

22 may 2017–ci il

17-19 May 2017-ci il tarixdə Baku Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilmişdir (Bakı şəhəri). Sərgidə institutda təcrübi nümunələri hazırlanmış, dövlət sınağından keçmiş və Kaspi Yıldız zavodu ilə birgə partiya şəklində istehsal olunmuş kəndli – fermer təsərrüfatları üçün nəzərdə tutulan 4 adda kiçik qabaritli maşın ( qarğıdalı dənini qıcadan ayıran, dənli yemləri xırdalayan, quru ot doğrayan və qozu …

Daha ətraflı »

25 aprel 2017-ci il

İnstitutda Respublikada baramaçılığın inkişafı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin göstərişi əsasında tut ağacı tinglərini çıxarmaq məqsədilə kotanın ilkin variantda təcrübi nümunəsi hazırlanmış və Goranboy rayonunun Faxralı Arıçılıq Mərkəzində təsərrüfat sınağından keçmişdir.

Daha ətraflı »