İnstitutda Elmi Şuranın növbəti iclası keçirildi.
Şurada təcrübə-sınaq və təsərrüfat işləri üzrə direktorun müavini texnika üzrə fəlsəfə doktoru Kamal Yaqubovun dosent elmi adı alması üçün müraciətinə baxıldı. Şura onun ötən müddət ərzində elmi fəaliyyətini nəzərə alıb, Respublika AAK qarşısında məsələ qaldırdı.
Həmçinin Elmi Şurada institutda oktyabr ayında keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-texniki konfransa hazırlıqla bağlı məsələyə baxıldı.