30 sentyabr 2018-ci il

30 sentyabr 2018-ci il tarixdə Zaqatala şəhər İcra Hakimiyyəti Başçısı cənab Mübariz Əhmədzadənin dəvəti ilə İnstitutumuzun bir qrup əməkdaşı Zaqatala şəhərində keçirilən “I Beynəlxalq fındıq, qoz və şabalıd” festivalında iştirak etmişlər. Festivalda həmçinin son illər institutumuzda ixtira səviyyəsində hazırlanmış bir sıra kiçik qabaritli maşınlar; quru ot doğrayan, dənli-qüvvəli yemləri xırdalayan, qarğıdalı dənini qıçadan ayıran və qozu qərzəkdən təmizləyib yuyan maşınlar nümayiş olunmuşdur. Maşınlarımız festival iştirakçılarının böyük marağına səbəb olmuşdur.