5 iyun 2018-ci il

İnstitutun laboratoriya müdirlərindən t.f.d., dosent Elbrus Paşayev və Əli Cəfərov 30-31 may 2018-ci il tarixdə Ümumrusiya Mexanikləşdirmə İnstitutunda (Moskva şəh.) “Kənd təsərrüfatında aqromühəndislik innovasiyaları” mövzusu üzrə keçirilən 9-cu beynəlxalq elmi-texniki konfransda iştirak edərək məruzələrlə çıxış etmiş və konfransın işində fəal iştiraklarına görə diplomla təltif olunmuşlar.