E L A N

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun və Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə təşkil olunan “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqi” mövzusu üzrə 6 aprel 2018-ci il saat 1100-da keçiriləcək elmi-praktiki seminara Göy-Göl, Samux, Goranboy rayonlarının fermerlərini dəvət edirik.

Seminarın proqramı:

1.Giriş sözü – İnstitutun  direktoru Kamil Fətəliyev.

2.“Pambığın becərilməsinin sənaye texnologiyası”- baş mütəxəssis  Şahin Quliyev.

3.“Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları, onlara texniki xidmətin formaları və dövriliyi” – dos. Elbrus Paşayev.

4.“Kəndli-fermer təsərrüfatlarında kiçik qabaritli texnikalardan səmərəli istifadə”  – baş konstruktor İsrayıl Məmmədov.

5. İnstitut tərəfindən zavod nümunələri hazırlanmış kiçik qabaritli texnikalara baxış. (həyətyanı sahədə).

6. Çay süfrəsi

Seminar Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin konfrans zalında keçiriləcəkdir.

Ünvan: Samux rayonu, İnstitut qəsəbəsi

Telefonlar:

“Aqromexanika” ETİ  :  /+99422/ 257-64-76; /+99422/ 257-03-71;

GRAE və İMM:            /+99422/ 252-53-86; /+99422/ 276-23-86.

E-mail: aqromexanika@mail.ru