1. İnstitutun doktorantı Ələkbərov İlham Şakir oğlunun “Makara tipli gübrəsəpən aparatların konstruktiv parametrlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi Elmi Şuranın iclasında müzakirə olunmuşdur.
Dissertasiya işinin elmi rəhbəri t.e.d., professor Abbasov Z. M.
Dissertasiya işinə rəy verənlər:
– t.f.d., dosent Sadıxov S.Y.,
– t.f.d., dosent Paşayev E.A.
Elmi Şuranın qərarı ilə doktorant Ələkbərov İlham Şakir oğlunun “Makara tipli gübrəsəpən aparatların konstruktiv parametrlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi göstərilən iradları aradan qaldırmaqla ixtisaslaşdırılmış Elmi Şuraya təqdim edilsin.
2. 2018-ci il doktorantura və dissertantura qəbulunun nəticəsi olaraq 3 nəfər dissertant və doktorantın dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edildi:
– doktorantlar: Ağayev Emil Fikrət oğlu;
İsmayılov Ələmdar Ələsgər oğlu;
– dissertant: Məmmədov Elçin Misir oğlu.