15 mart 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏ: İnstitutun 2019-cu il üçün mövzu planının gedişi haqqında. Dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi.
Daha ətraflı »Ən son xəbərlər
14 mart 2019-cu il
Azərbaycan Dövlət Aqrar Universitetinin əyani təhsil formasının “aqromühəndislik” ixtisası üzrə bir qrup IV kurs tələbəsi institutda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi may ayının 25-nə qədər davam edəcəkdir. Tələbələrin institutda aparılan elmi işlərlə, hazırlanmış təcrübi qurğularla, elmi-tədqiqatın aparılma metodikası və s. ilə tanış olmaları nəzərdə tutulmuşdur.
Daha ətraflı »27 fevral 2019-cu il
27.02.2019-cu il tarixdə Samux Rayon İcra hakimiyyətinin 5 illik (2013-2018-ci illər) hesabatı zamanı institutda ixtira səviyyəsində hazırlanmış bir sıra kiçik qabaritli maşınlar prezident aparatının məsul işçisinə, rayon ictimayyətinə və fermerlərə nümayiş olunmuşdur.
Daha ətraflı »19 fevral 2019-cu il
19 fevral 2019-cu il tarixində institutun Elmi Şurasının 02 saylı iclasında 2019-cu il üçün mövzu planı üzrə proqram və metodikalar müzakirəsi olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya mərkəzinin 12 fevral 2019-cu il tarixli 12 saylı əmri ilə institutda 2 nəfər 310201 – “Aqromühəndislik” ixtisası üzrə dissertanturaya qəbul edilmişdir: Əliyev Eldar Aydın oğlu və Dadaşov Cəlil Qasım oğlu.
Daha ətraflı »15 yanvar 2019-cu il
15 yanvar 2019-cu il tarixdə İstitutun Elmi Şurasının iclası keçirildi. Elmi Şurada aşağıdakı məsələlərə baxıldı: 2019-cu il üçün Elmi Şuranın tərkibibnin və iş planının təsdiqi; 2019-cu il üçün institutun strukturunun və ştat cədvəlinin təsdiqi; 2019-cu il üçün mövzu planının təsdiqi. Elmi Şurada institutun 2019-cu il üçün mövzu planı təsdiq olundu.
Daha ətraflı »28 dekabr 2018-ci il
2018-ci ildə institut tərəfindən təqdim olunan 2 ədəd ixtiraya Rusiya Federasiyasının Patenti alınmışdır. 1. Suvarma şırımlarının açılması üsulu (№ 2663142) Müəlliflər: K.Fətəliyev, T.Ağabəyli və b. 2. Qozu yaşıl qərzəkdən təmizləyən qurğu (№ 2673126) Müəlliflər: K.Fətəliyev, İ.Məmmədov və b.
Daha ətraflı »26 dekabr 2018-ci il
İnstitutun 2018-2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Aqromühəndislik” ixtisası doktoranturaya və dissertanturaya qəbul planı (“Xalq qəzeti” 14 dekabr 2018-ci il)
Daha ətraflı »20 dekabr 2018-ci il
İnstitutun Elmi Şurasında 18-20 dekabr 2018-ci il tarixlərində “2018-2020-ci illər üzrə təsdiq edilmiş mövzu planı”na müvafiq olaraq aparılmış elmi-tədqiqat işlərinin I mərhələsinin hesabatı (2018-ci il, aralıq) dinlənib, müzakirə olunmuşdir.
Daha ətraflı »17 oktyabr 2018-ci il
16-17 oktyabr 2018-ci il tarixdə institutda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqinin aktual problemləri” mövzusu üzrə ümumrespublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransda institutun əməkdaşları ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi “Aqrar elm və innovasiyalar” mərkəzinin tabeliyində olan elmi-tədqiqat institutlarının, şəhərimizdə fəaliyyət göstərən universitetlərin, AMEA-nın Gəncə bölməsinin, Maşın-Sınaq Stansiyasının və s. təşkilatların nümayəndələri iştirak etmişlər.
Daha ətraflı »30 sentyabr 2018-ci il
30 sentyabr 2018-ci il tarixdə Zaqatala şəhər İcra Hakimiyyəti Başçısı cənab Mübariz Əhmədzadənin dəvəti ilə İnstitutumuzun bir qrup əməkdaşı Zaqatala şəhərində keçirilən “I Beynəlxalq fındıq, qoz və şabalıd” festivalında iştirak etmişlər. Festivalda həmçinin son illər institutumuzda ixtira səviyyəsində hazırlanmış bir sıra kiçik qabaritli maşınlar; quru ot doğrayan, dənli-qüvvəli yemləri xırdalayan, qarğıdalı dənini qıçadan ayıran və qozu qərzəkdən təmizləyib yuyan maşınlar …
Daha ətraflı »