03 iyun 2019-cu il

03 iyun 2019-cu il tarixində institutun Elmi Şurasının iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. İnstitutun 2019-cu il üçün təqvim planına müvafiq I yarımillik üzrə yerinə yetirilən işlərin gedişi haqqında.
  2. Müxtəlif məsələlər.

Dinlənildi: İnstitutun direktoru K.H. Fətəliyevin 2019-cu ilin I yarımilliyi üzrə mövzular planının gedişi haqqında məlumatı. O, qeyd etdi ki, 1 istiqamət, 2 problem üzrə 7 mövzu proqram və metodikalara uyğun aparılır, mövzular haqqında lazımi informasiya toplanıb, təcrübələr aparılır, mövzuları əhatə edən məqalələr hazırlanır və s.

Mövzu rəhbərləri çıxış edərək qeyd etdilər ki, mövzular tərtib olunmuş təqvim planına müvafiq yerinə yetirilir, işlərin gedişində gerilik yoxdur.

Qərara alındı: İnstitutun 2019-cu ilin I yarımilliyi üzrə mövzular planının gedişi nəzərə alınsın.
İkinci məsələ üzrə institutun direktoru K.H. Fətəliyev 1 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən “Məzun-2019” və “XI Məzun” günü yarmarkasında institutun iştirakı haqqında Elmi Şura üzvlərini məlumatlandırdı. O, qeyd etdi ki, tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak edirdilər.

Kənd Təsərrüfatı naziri İnam Kərimov və digər şəxslər yarmarkada təşkil olunmuş sərgi ilə yaxından tanış oldular. İnstitutda ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “İnduksion qızdırıcılı süd emalı qurğusu”, “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, «İpəkçilikdə innovativ texnologiya – “Ağıllı kümxana”», “Kombinə-edilmiş dişli mala” və digərləri haqqında tədbir iştirakçılarına geniş və ətraflı məlumat verildi. Məlumatlardan məmnun qalan Kənd Təsərrüfatı naziri İnam Kərimov yeni innovativ qurğuların zavod şəraitində hazırlanması və tətbiqi ilə əlaqədar müvafiq struktur bölmələrinə göstərişlərini verdi.