13 noyabr 2019-cu il

13 noyabr 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. İnstitutun laboratoriya müdiri Əli Cəfərovun 17-23 oktyabr 2019-cu il tarixdə Moskva şəhərində Ümumrusiya Mexanikləşdirmə İnstitutuna (BUM) müqavilə əsasında ezamiyyəsi haqqında hesabatı.
  2. Müxtəlif məsələlər.

Birinci məsələ üzrə:

Dinlənildi: Laboratoriya müdiri Əli Cəfərov öz çıxışında qeyd etdi ki, Ümumrusiya Mexanikləşdirmə İnstitutunun və ona tabe olan bir neçə institutun, xüsusilə Ümumrusiya Kənd Təsərrüfatı Elektrikləşmə İnstitutunun (ВИЭСХ) apardıqları işlərlə, işlənən proyektlərlə, onların strukturu və s. yaxından tanış olmuşdur.

Qərara alındı: Laboratoriya müdiri Əli Cəfərovun 17-23 oktyabr 2019-cu il tarixdə Moskva şəhərində Ümumrusiya Mexanikləşdirmə İnstitutuna (BUM) müqavilə əsasında ezamiyyəsi qəbul olunsun.

İkinci məsələ üzrə:

Dinlənildi: Elmi katib A.C.Mirzəyeva institutun əməkdaşları E.A.Paşayevin və Q.F.Babakişiyevanın dərc olunmaq üçün təqdim etdiyi “Bağçılıqda intensiv texnologiyalar” adlı məqaləsi ilə Şura Üzvlərini tanış etdi. Məqaləyə rəyi t.f.d., dos. S.Y.Sadıxov vermişdir.

Qərara alındı: E.A.Paşayevin və Q.F.Babakişiyevanın “Bağçılıqda intensiv texnologiyalar” adlı məqalənin dərc olunması tövsiyə edilsin.