16 sentyabr 2019-cu il

05 sentyabr 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏ:

  1. İnstitutun 2019-cu il üçün mövzular planının gedişi haqqında.
  2. Müxtəlif məsələlər.

Birinci məsələ üzrə:

Dinlənildi: İnstitutun direktoru K.H. Fətəliyev çıxış etdi. O, çıxışında mövzu işlərinin proqram və metodikaya uyğun olaraq icrasını qeyd etdi. Mövzuların yerinə yetirilməsində heç bir problemin yaranmadığını nəzərə çatdırdı.

Çıxış edən laboratoriya rəhbərləri mövzuların proqram və metodikaya uyğun aparılmasını və onların yerinə yetirilməsində heç bir problemin olmadığını qeyd etdilər.

Qərara alındı: İnstitutun 2019-cu il üçün mövzular planının gedişi nəzərə alınsın.

İkinci məsələ üzrə:

Dinlənildi: İnstitutun direktoru K.H. Fətəliyev məlumat verdi ki, sentyabr ayında Zakatala şəhərində keçiriləcək qoz-fındıq festivalında institutun iştirakı vacibdir və onun hansı məzmunda olacağı barədə öz fikrilərini Şura üzvlərinin nəzərinə çatdırdı.
Qərara alındı: Zakatala şəhərində keçiriləcək qoz-fındıq festivalında institutun iştirakı təmin edilsin.