06 və 09 dekabr 2019-cu il tarixlərdə institutun Elmi Şurasının növbəti iclasları keçirilmişdir.
Elmi Şurada Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən institutun 2018-2020-ci illər üçün təsdiq olunmuş mövzu planında “Respublikanın aqrar sənaye kompleksi üçün enerji və vəsaitqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi, tədqiqi və tətbiqi” istiqamətində 7 mövzu üzrə 2019-cu ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır.
Müzakirədə “Bitkiçiliyin mexanikləşdirilməsi” (mövzu rəhbəri Nağıyev E.M. t.f.d. dos.), “Heyvandarlıqda texnoloji proseslərin və yem istehsalının mexanikləşdirilməsi” (mövzu rəhbəri Nuriyev N.M. t.f.d., dos.), “Texniki təminat, texnki istismar və aqroservis” (mövzu rəhbəri Sadıxov S.Y. t.f.d., dos.), “Bağçılığın mexanikləşdirilməsi” (mövzu rəhbəri Paşayev E.A. t.f.d., dos.), “Üzümçülüyün mexanikləşdirilməsi” (mövzu rəhbəri Ələkbərov H.T.), “Kənd təsərrüfatı məhsullarının emalı” (mövzu rəhbəri Hacıyev İ.M. t.f.d., dos.) və “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” (mövzu rəhbəri Cəfərov Ə.A.) laboratoriyalarının hesabatları dinlənildi.
Sonda mövzu rəhbərlərinin 2019-cu il üçün tərtib etdikləri aralıq hesabatların irad və təkliflər nəzərə alınmaqla qəbul edilməsi qərara alındı.
06 dekabr 2019-cu il tarixdə Respublika Kənd Təsərrüffatı Nazirliyinin “Kənd həyatı” qəzetində [№ 06 (8704)] institututn direktoru Kamil Fətəliyevin müasir əkin texnologiyalarına həsr edilmiş “Dəqiq əkinçilik: iş prinsipi və perspektivlər” adlı məqaləsi dərc olunmuşdur.
Hesabat dövründə 2 ədəd ixtiraya Rusiya Federasiyasının patenti alınmışdır, 4 ədəd patent almaq üçün sənədlər isə əsas ekspertiza mərhələsindədir. İnstitutda “Dənli bitkiləri yığan müasir kombaynlar” adlı kitab və 4 adda tövsiyə çap olunmuşdur. 26 ədəd məqalə daxili və xarici elmi nəşrlərdə dərc olunmuşdur.