28 iyun 2019-cu il tarixdə institutun Elmi Şurasının iclası kecirilmişdir
Gündəlik məsələlər:
- İnstitutun 2019-cu ili üçün yarımillik qısa hesabatının müzakirəsi.
- Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
Dinlənildi: direktor K.H. Fətəliyevin institutun 2019-cu il mövzu planı üzrə I yarımildə yerinə yetirilən elmi – tədqiqat işləri haqqında qısa elmi hesabatı. Mövzu planı üzrə institutda 1 istiqamət, 2 problem üzrə 7 mövzu aparılır. Yarımildə Elmi Şuranın iclaslarında proqram və metodikaların təsdiqi, doktorant və dissertantların qəbulu, dissertasiya işlərinin müzakirəsi, cari və s. məsələlərə baxılmışdır. Əməkdaşlar tərəfindən 9 məqalə dərc olunmuş və 2 ixtiraya patent alınmışdır. İnstitutda 6 dissertant və 3 doktorant təhsil alır.
Çıxış edən mövzu rəhbərləri E.M. Nağıyev, Z.V. Quliyev, E.A. Paşayev, İ.M. Hacıyev, S.Y. Sadıxov, H.T. Ələkbərov öz mövzuları haqqında qısa məlumat verdilər.
Qərara alındı:
İnstitutun 2019-cu ilin birinci yarımilliyi haqqında qısa elmi hesabat qəbul edilsin.
İkinci məsələ üzrə:
Dinlənildi: elmi katib A.C.Mirzəyeva institutun əməkdaşları K.H. Fətəliyev və E.M. Nağıyev tərəfindən dərc olunmaq üçün hazırlanmış “Dəmyə şəraitində innovativ texnologiya” adlı tövsiyə ilə tanış etdi.
Qərara alındı:
“Dəmyə şəraitində innovativ texnologiya”, müəlliflər: K.H. Fətəliyev və E.M. Nağıyevin hazırladığı tövsiyənin dərc olunması məqsədəuyğun hesab edilsin.