İnstitutda Elmi Şuranın növbəti iclası keçirildi. Şurada təcrübə-sınaq və təsərrüfat işləri üzrə direktorun müavini texnika üzrə fəlsəfə doktoru Kamal Yaqubovun dosent elmi adı alması üçün müraciətinə baxıldı. Şura onun ötən müddət ərzində elmi fəaliyyətini nəzərə alıb, Respublika AAK qarşısında məsələ qaldırdı. Həmçinin Elmi Şurada institutda oktyabr ayında keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-texniki konfransa hazırlıqla bağlı məsələyə …
Daha ətraflı »Ən son xəbərlər
5 iyun 2018-ci il
İnstitutun laboratoriya müdirlərindən t.f.d., dosent Elbrus Paşayev və Əli Cəfərov 30-31 may 2018-ci il tarixdə Ümumrusiya Mexanikləşdirmə İnstitutunda (Moskva şəh.) “Kənd təsərrüfatında aqromühəndislik innovasiyaları” mövzusu üzrə keçirilən 9-cu beynəlxalq elmi-texniki konfransda iştirak edərək məruzələrlə çıxış etmiş və konfransın işində fəal iştiraklarına görə diplomla təltif olunmuşlar.
Daha ətraflı »31 may 2018-ci il
Kənd Təsərrüfatı Naziri İnam Kərimov ADAU – da keçirilən “Məzun yarmarkasında” iştirak etmişdir. Yarmarkada institutda Patent səviyyəsində hazırlanmış və istehsalatda tətbiq olunan kiçik qabaritli texnikalarla tanış olaraq müsbət münasibətini bildirmişdir.
Daha ətraflı »30 may 2018-ci il
İnstitutun Elmi Şurasında Üzümçülük və Şərabçılıq Elmi – Tədqiqat İnstitutunun doktorantı Cahangir Əjdər oğlu Şəfizadənin “Yerli və introduksiya olunmuş üzüm sortlarından yüksək keyfiyyətli qırmızı süfrə şərabının hazırlanma texnologiyasının təkmilləşdirilməsi “ mövzusu üzrə dissertasiya işi müzakirə olunmuş və 3309.01 – Qida məhsullarının texnologiyası ixtisası üzrə ixtisaslaşmış Elmi Şurada texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə olunması məqsədəuyğun hesab edilmişdir.
Daha ətraflı »Məlumat 23.04.2018
1. İnstitutun doktorantı Ələkbərov İlham Şakir oğlunun “Makara tipli gübrəsəpən aparatların konstruktiv parametrlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi Elmi Şuranın iclasında müzakirə olunmuşdur. Dissertasiya işinin elmi rəhbəri t.e.d., professor Abbasov Z. M. Dissertasiya işinə rəy verənlər: – t.f.d., dosent Sadıxov S.Y., – t.f.d., dosent Paşayev E.A. Elmi Şuranın qərarı ilə doktorant Ələkbərov İlham Şakir oğlunun “Makara tipli gübrəsəpən aparatların konstruktiv parametrlərinin …
Daha ətraflı »06 aprel 2018-ci il
06 aprel 2018-ci il tarixdə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqi” mövzusu üzrə Samux, Goranboy və Göy-göl rayonun bir qrup fermerləri ilə elmi-praktiki seminar keçirmişdir. Seminarı giriş sözü ilə açan institutun direktoru Kamil Fətəliyev ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, son dörd ildə …
Daha ətraflı »E L A N
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun və Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə təşkil olunan “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqi” mövzusu üzrə 6 aprel 2018-ci il saat 1100-da keçiriləcək elmi-praktiki seminara Göy-Göl, Samux, Goranboy rayonlarının fermerlərini dəvət edirik.
Daha ətraflı »29 mart 2018-ci il
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) FD.04.131 dissertasiya şurasında institutun dissertantlarından Südabə Oktay qızı Məmmədova “Qaba yemlərin qidalılığının fiziki-kimyəvi üsulla yaxşılaşdırma texnologiyası və qurğunun təkmilləşdirilməsi”, Azər İsmayıl oğlu Məmmədov isə “Qarğıdalı qıçasının toxumluq dən almaq üçün işlənmə texnologiyası və qurğusunun təkmilləşdirilməsi” mövzusunda 3102.01-Aqromühəndislik ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini yekdilliklə müdafiə etmişlər. Təbrik edirik!
Daha ətraflı »02 mart 2018-ci il
02 mart 2018-ci ildə İnstitutun Elmi Şurası keçirildi Gündəlik məsələlər: Oktyabr ayında Cümhuriyyətin yaranmasının 100 və institutun yaranmasının 60 illiyinə həsr olunmuş elmi-texniki konfransa hazırlıq İnstitutun direktoru t.f.d., professor Kamil Hətəm oğlu Fətəliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyəti haqqında Müxtəlif məsələlər daxil edilmişdir.
Daha ətraflı »22 fevral 2018-ci il
22 fevral 2018-ci il İstitutun Böyük Elmi Şurasının iclası oldu. İclasda 2018-2020-ci illər üçün təsdiq olunmuş Mövzu Planı üzrə elmi mövzuların proqram və metodikası müzakirə edilərək təsdiq olundu.
Daha ətraflı »