15 mart 2019-cu il

15 mart 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏ:

  1. İnstitutun 2019-cu il üçün mövzu planının gedişi haqqında.
  2. Dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi.

Dinlənildi: İnstitutun direktoru K.H. Fətəliyevin 2019-cu il üçün mövzular planının gedişi haqqında məlumatı. O, qeyd etdi ki, 1 istiqamət, 2 problem üzrə 7 mövzu proqram və metodikalara uyğun aparılır, mövzular haqqında lazımi informasiya toplanıb təcrübələrin aparılması üçün hazırlıq işləri görülür, mövzuları əhatə edən məqalələr hazırlanır və s.
Mövzu rəhbərləri S.Y.Sadıxov, E.A.Paşayev, Z.V.Quliyev, E.M.Nağıyev çıxış edərək qeyd etdilər ki, mövzular tərtib olunmuş proqram və metodikalara uyğun aparılır, işlərin gedişində gerilik yoxdur.
Qərara alındı: İnstitutun 2019-cu il üçün mövzular planının gedişi nəzərə alınsın.

İkinci məsələ üzrə qərara alındı:

  1. Dissertant Eldar Aydın oğlu Əliyevin “Hidroötürücülü rotasiyalı otbiçənin işlənməsi, parametrləri və iş rejimlərinin əsaslandırılması”adlı dissertasiya mövzusu təsdiq edilsin.
    Texnika elmləri doktoru, professor Bayram Məhəmməd oğlu Bağırov dissertant E.A.Əliyevin elmi rəhbəri təsdiq edilsin.
  2. Dissertant Cəlil Qasım oğlu Dadaşovun “Kiçik südlük fermer təsərrüfatı üçün mexanikləşdirilmiş istehsal texnologiyasının işlənməsi” adlı dissertasiya mövzusu təsdiq edilsin.
    Texnika elmləri doktoru, professor Qabil Balakişi oğlu Məmmədov dissertant C.Q.Dadaşovun elmi rəhbəri təsdiq edilsin.