20 dekabr 2018-ci il

İnstitutun Elmi Şurasında 18-20 dekabr 2018-ci il tarixlərində “2018-2020-ci illər üzrə təsdiq edilmiş mövzu planı”na müvafiq olaraq aparılmış elmi-tədqiqat işlərinin I mərhələsinin hesabatı (2018-ci il, aralıq) dinlənib, müzakirə olunmuşdir.

Mövzular:

1. “Taxıl istehsalında mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənib hazırlanması”.
“Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyası.
Mövzu rəhbəri: t.f.d., dos. E.M.Nağıyev.

2. “Buzovların yemlənməsi üçün üzlü süd əvəzedici hazırlayan qurğunun konstruktiv-rejim parametrlərinin əsaslandırılması və işlənməsi”.
“Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyası.
Mövzu rəhbəri: Z.V.Quliyev.

3. “Kəndli-fermer təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının istehsalında və emalında enerji və resurs qoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi”.
“Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyası.
Mövzu rəhbəri: t.f.d., dos. İ.M.Hacıyev.

4. “Üzümçülüyün mexanikləşdirilməsində yeni enerji və vəsait qoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi” 2018-2020-ci il.
“Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyası.
Mövzu rəhbəri: H.T.Ələkbərov.

5. “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsində enerji və vəsait qoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi”.
“İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyası.
Mövzu rəhbəri: Ə.A.Cəfərov.

6. “Respublikanın aqrar sənaye kompleksində texniki servis və istismar xidməti bazalarının təşkilinin elmi cəhətdən əsaslandırılması”.
“Texniki təminat, texniki istismar və aqroservis
xidməti” laboratoriyası.
Mövzu rəhbəri: t.f.d., dos. S.Y.Sadıxov.

7. “Qərzəkli meyvə istehsalında mütərəqqi vəsait və enerjiqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi”.
“Bağçılığın mexanikləşdirilməsi” laboratoriyası.
Mövzu rəhbəri: t.f.d., dos. E.A.Paşayev.

Elmi Şurada irad və təkliflər nəzərə almaqla mövzu üzrə aralıq hesabatların qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.