Azərbaycan Dövlət Aqrar Universitetinin əyani təhsil formasının “aqromühəndislik” ixtisası üzrə bir qrup IV kurs tələbəsi institutda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi may ayının 25-nə qədər davam edəcəkdir. Tələbələrin institutda aparılan elmi işlərlə, hazırlanmış təcrübi qurğularla, elmi-tədqiqatın aparılma metodikası və s. ilə tanış olmaları nəzərdə tutulmuşdur.
Hal-hazırda tələbələr institutun “Yeni maşınların və tərtibatların konstruksiya edilməsi” laboratoriyasında aparılan işlərlə tanış olurlar. Laboratoriya müdiri, baş konstruktor İsrayıl Məmmədov onlara torpaq kanalında səpən maşının iş prinsipi və institutda son illərdə hazırlanmış təcrübi maşınların quruluşu, işləmə qaydası haqqında məlumat vermişdir.
Tələbələrə eyni zamanda tarla şəraitində elmi-tədqiqat işlərinin aparılma qaydası və alınmış nəticələrin təhlil olunması haqqında da məlumat veriləcəkdir.