16-17 oktyabr 2018-ci il tarixdə institutda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqinin aktual problemləri” mövzusu üzrə ümumrespublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransda institutun əməkdaşları ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi “Aqrar elm və innovasiyalar” mərkəzinin tabeliyində olan elmi-tədqiqat institutlarının, şəhərimizdə fəaliyyət göstərən universitetlərin, AMEA-nın Gəncə bölməsinin, Maşın-Sınaq Stansiyasının və s. təşkilatların nümayəndələri iştirak etmişlər.
Plenar iclasdan sonra konfrans işini üç istiqamət: “Bitkiçiliyin və heyvandarlığın kompleks mexanikləşdirilməsi”, “Kənd təsərrüfatı məhsullarının emalı” və “Texnikadan və alternativ enerji mənbələrindən istifadə” üzrə davam etdirilmişdir.
Konfransın Plenar iclasında kənd təsərrüfatı nazirliyinin “Tədris və Təlim” şöbəsinin müdiri t.f.d. Firdovsi Fikrətzadə, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. İbrahim Cəfərov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konfransın elmi əsərlər məcmuəsi XXI cild çapdan çıxmışdır.