Aylıq arxiv: Aprel 2022

İpəkqurdu yumurtasının inkubasiya qurğusu

29.04.2022-ci il İnstitutun əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”nun ilkin sınağı Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsi əsasında “Tut ipəkqurdu” laboratoriyasında yerinə yetirilmişdir. İpəkqurdu yumurtasının (qrenanın) adi şəraitdə inkubasiyasından fərqli olaraq, qurğuda inkubasiya üçün tələb olunan rejimlər; temperatur, rütubət, işıqlandırma və havalandırma əvvəlcədən verilmiş tapşırığa uyğun olaraq avtomatik tənzimlənir. Beləki, soyuducudan (4°C) götürülmüş qrenanı qurğuda …

Daha ətraflı »

26 aprel 2022-ci il

Azərbaycan Dövlət Aqrar Universitetinin əyani təhsil formasının “Aqromühəndislik” ixtisası üzrə azərbaycan və rus bölmələrinin bir qrup IV kurs tələbələri artıq iki aya yaxındır ki, institutda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi may ayının 24-nə qədər davam edəcəkdir. Tələbələrin institutda aparılan elmi işlərlə, hazırlanmış təcrübi qurğularla, elmi-tədqiqatın aparılma metodikası və s. ilə yaxından tanış olmaları nəzərdə tutulmuşdur. İstehsalat təcrübəsi institutun laboratoriyalarında qrafik …

Daha ətraflı »

07 aprel 2022-ci il

06-07.04.2022-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanığlılığın sürətləndirilməsi” mövzusu çərçivəsində “Fındıq dəyər zənciri, emalı və enerji isifadəsi” mövzusu üzrə texniki seminar keçirilmişdir.

Daha ətraflı »

06 aprel 2022-ci il

Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Çiləyicilərdən və gübrəsəpənlərdən istifadənin nümayişi” mövzusunda tarla müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, Şəki rayon İcra Hakimiyyətinin məsul şəxsləri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər. Müşavirədə təchizatçı şirkətlər tərəfindən innovativ çiləyicilərin, gübrəsəpənlərin, mineral gübrələrin və pestisidlərin tarla şəraitində …

Daha ətraflı »