“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun və Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə təşkil olunan “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqi” mövzusu üzrə 6 aprel 2018-ci il saat 1100-da keçiriləcək elmi-praktiki seminara Göy-Göl, Samux, Goranboy rayonlarının fermerlərini dəvət edirik.
Daha ətraflı »Gündəlik arxiv: 02.04.2018
29 mart 2018-ci il
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) FD.04.131 dissertasiya şurasında institutun dissertantlarından Südabə Oktay qızı Məmmədova “Qaba yemlərin qidalılığının fiziki-kimyəvi üsulla yaxşılaşdırma texnologiyası və qurğunun təkmilləşdirilməsi”, Azər İsmayıl oğlu Məmmədov isə “Qarğıdalı qıçasının toxumluq dən almaq üçün işlənmə texnologiyası və qurğusunun təkmilləşdirilməsi” mövzusunda 3102.01-Aqromühəndislik ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini yekdilliklə müdafiə etmişlər. Təbrik edirik!
Daha ətraflı »