İnstitutun laboratoriya müdirlərindən t.f.d., dosent Elbrus Paşayev və Əli Cəfərov 30-31 may 2018-ci il tarixdə Ümumrusiya Mexanikləşdirmə İnstitutunda (Moskva şəh.) “Kənd təsərrüfatında aqromühəndislik innovasiyaları” mövzusu üzrə keçirilən 9-cu beynəlxalq elmi-texniki konfransda iştirak edərək məruzələrlə çıxış etmiş və konfransın işində fəal iştiraklarına görə diplomla təltif olunmuşlar.
Daha ətraflı »Aylıq arxiv: İyun 2018
31 may 2018-ci il
Kənd Təsərrüfatı Naziri İnam Kərimov ADAU – da keçirilən “Məzun yarmarkasında” iştirak etmişdir. Yarmarkada institutda Patent səviyyəsində hazırlanmış və istehsalatda tətbiq olunan kiçik qabaritli texnikalarla tanış olaraq müsbət münasibətini bildirmişdir.
Daha ətraflı »30 may 2018-ci il
İnstitutun Elmi Şurasında Üzümçülük və Şərabçılıq Elmi – Tədqiqat İnstitutunun doktorantı Cahangir Əjdər oğlu Şəfizadənin “Yerli və introduksiya olunmuş üzüm sortlarından yüksək keyfiyyətli qırmızı süfrə şərabının hazırlanma texnologiyasının təkmilləşdirilməsi “ mövzusu üzrə dissertasiya işi müzakirə olunmuş və 3309.01 – Qida məhsullarının texnologiyası ixtisası üzrə ixtisaslaşmış Elmi Şurada texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə olunması məqsədəuyğun hesab edilmişdir.
Daha ətraflı »