Aylıq arxiv: Dekabr 2020

29 dekabr 2020-ci il

İnstitutun əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Meyvə və kol ağaclarını silkələyən qurğu”nun ilkin sınağı aparılmışdır. Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur. Hazırlanmış bu qurğu vasitəsi ilə qoz, fındıq, badam, şabalıd, zeytun, alma, tut və s. meyvələrin silkələnərək yığılmasında istifadə etmək olar. Qurğu kənd təsərrüfatlarında bağçılıq və meyvəçiliklə məşğul olan fermer təsərrüfatları üçün nəzərdə tutulmuşdur.

Daha ətraflı »

11 dekabr 2020-ci il

İnstitut əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Fındığı qərzəkdən təmizləyən qurğu”nun ilkin sınağı aparılmışdır. “Fındığı qərzəkdən təmizləyən qurğu”ya Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə Federal Qulluq (Rospatent) qurumundan ixtiraya patent alınmışdır (RF № 2725731, 2020-ci il). Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur.

Daha ətraflı »

08 dekabr 2020-ci il

08 dekabr 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlik məsələlər: 1. İnstitutun 2018-2020-ci illər üzrə yekun elmi hesabatların müzakirəsi. Məruzəçilər: Nağıyev E.M.; Quliyev Z.V.; Sadıxov S.Y.; Paşayev E.A.; Ələkbərov H.T.; Hacıyev İ.M.; Cəfərov Ə.A. 2. Müxtəlif məsələlər.

Daha ətraflı »