Aylıq arxiv: Dekabr 2017

28 dekabr 2017-ci il

İnstitutun Böyük Elmi Şurasının 26,27,28 dekabr tarixlərində iclası keçirildi. İclasda institutun 2015-2017-ci il üçün təsdiq olunmuş Mövzu Planı üzrə hesabatı dinlənildi. Elmi işlər üzrə direktorun müavini dos.N. Nuriyev qeyd etdi ki, Mövzu Planında qəbul olunmuş bir istiqamət,3 problemin həlli üzrə 8 elmi mövzu yerinə yetirilmişdir.

Daha ətraflı »

15 dekabr 2017-ci il

Azərbaycan gənc alimlərinin Bakı şəhəri, AMEA-da I-qurultayı keçirildi. Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramında intellektual gəncliklə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə baş tutub. Öncə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə başçısının qurultay iştirakçılarına təbrikini səsləndirib. Çıxışlardan sonra qurultay iştirakçılarının ölkə rəhbərinə müraciəti oxunub. Qurultayda institutun əməkdaşlarından Kənan Əliyev və Vüsal Məmmədov iştirak etmişlər.

Daha ətraflı »

08 dekabr 2017-ci il

Azərbaycan Elmi-Tədqiqat “Üzümçülük” İnstitutunun dissertantı Zaur Saleh oğlu Bağırovun (elmi rəhbər prof.Hasil Fətəliyev) 3309.01 – “ Qida məhsullarının texnologiyası” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şərabın stabilliyini təmin edən mütərəqqi texnologiyanın işlənməsi” mövzusunda B/FD.04.131 dissertasiya şurasına tədqim etdiyi disserttasiya işi aparıcı müəssisə kimi institutun Elmi Şurasında müzakirə olunaraq müsbət münasibət bildirildi (08 dekabr 2017-ci il, prot.№ 8)

Daha ətraflı »

01 dekabr 2017-ci il

İnstitutun Böyük Elmi Şurasında dissertant Məmmədova Südabə Oktay qızının “Qaba yemlərin qidalılığının fiziki-kimyəvi üsulla yaxşılaşdırma texnologiyası və qurğusunun təkmilləşdirilməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirildi. (Elmi rəhbər t.e.d., prof. Bayram Bağırov).

Daha ətraflı »