Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları” (tövsiyə)
“Traktorlara texniki xidmətin formaları və dövriliyi” (tövsiyə)
Qozu qərzəkdən təmizləyən və yuyan qurğu
İnstitut əməkdaşlarının patent səviyyəsində hazırladıqları “Qozu qərzəkdən təmizləyən və yuyan qurğu”da badamın qərzəkdən təmizlənməsi və yuyulmasının ilkin sınağı aparılmışdır. Goranboy rayon “Azad “kəndli fermer təsərrüfatında 3 tona qədər qərzəkli badam məhsulunun təmizlənmişdir. Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur. Müəyyən edilmişdir ki, qurğunun məhsuldarlığı (850- 900) kq/saat , əl əməyi ilə müqayisədə isə əmək məhsuldarlığı 30 dəfədən artıq olmuşdur. “Qozu qərzəkdən təmizləyən və yuyan qurğu”da bəzi konstruktiv dəyişiliklər etməklə ondan Respublikanın badam yetişdirməklə məşğul olan kəndli- fermer təsərrüfatlarında tətbiqi məqsədəuyğun olardı.
İPƏKÇİLİKDƏ İNNOVATİV TEXNOLOGİYA – “AĞILLI KÜMXANA”
Kombinəedilmiş mineral gübrəsəpən kotan
BUZOVLARIN YEMLƏNMƏSİ ÜÇÜN ÜZLÜ SÜD ƏVƏZEDİCİ HAZIRLAYAN QURĞU
Bu qurğunun iş prinsipi aşağıdakı kimidir. Emal olunması nəzərdə tutulan üzlü süd əvəzedicisinin birləşmələri ardıcıllıqla, ilk olaraq mayeli və daha sonralar quru maddələr həcmə daxil edilir. Həcm yükləndikdən sonra, maye 40°C – dək qızdırılır və mühərrik işə salınmaqla rotorlu disperqator dövrü hərəkət başlayır. İş prosesi zamanı bu aparat 3000 dövr / dəqiqə sürətlə həcmin daxilindəki birləşmələri qarışdırmağa başlayır. Bu zaman disperqasiya, homogenləşmə və qarışdırılma ardıcıl olaraq eyni zamanda aparılır. Məhsul hazırlandıqdan sonra yönləndirici və hərəkət mexanizmin köməkliyi ilə qurğu hərəkətə gətirilərək buzovlar olan yerə istiqamətləndirilir.
Yemləmə zamanı dozalaşdırıcı lövhəsi vasitəsi ilə hər bir buzova fərdi olaraq, üzlü süd əvəzedicisinin paylarla dozalaşdırılaraq akkumulyatorlu nasos vasitəsilə ötürücü şlanqdan keçərək tapança – kran vasitəsilə yem qablarına ötürülür. Bu zaman maqnit – klapan və axın sensoru təyin olunmuş həcmdən artıq mayenin ötürülməsinin qarşısını alır. Qurğuda qeyd olunan bütün proseslərin həyata keçirilməsi üçün enerji qidalanması akkumulyatordan alınır, göstəricilərin tənzimlənməsinə isə elektron blok nəzarət edir. Burada yalnız disperqator işlədikdə, qidalanma şəbəkə cərəyanı vasitəsilə baş verir.
İNDUKSİON QIZDIRICILI SÜD EMAL QURĞUSU
İnduksion qızdırıcılı süd emalı qurğusunda südün pasterizasiyası prosesi aşağıdakı kimi baş verir: fermada alınmış süd qurğunun süd üçün nəzərdə tutulmuş çəninə daxil olunur və buradan ötürücü nasos vasitəsilə soyuq südün ötürülməsi üçün boru xətti induksion qızdırıcıya daxil olunur. İnduksion qızdırıcıda süd tələb olunan pasterizasiya temperaturunadək isidilir, südün istilik emalı temperaturu termonizamlayıcı vasitəsilə ölçülüb nizamlanır və invertor idarəetmə pultunda rəqəmsal verici ilə əks olunur. İnduksion qızdırıcıda tələb olunan istiliyin alınması üçün sistem girişinə tətbiq olunan AC şəbəkə gərginliyi, düzləndirilib filtrə edildikdən sonra yüksək tezlikli invertor devrəsinə verilir. Burada girişindəki DC gərginliyi istifadə edərək çıxışında yüksək tezlikli bir AC yaranmasını təmin edir və buda öz növbəsində induktorun dolaqlarını halqalayacaq şəkildə yüksək tezlikli bir maqnetik sahə əmələ gətirir. Yüksək tezlikli maqnetik sahə induktor dolağının daxilində yerləşdirilmiş olan ferromaqnitik metal borunu isitmiş olur və bunun nəticəsində onunla təmasa keçən maye isinmiş olur. Tələb olunan temperaturadək isinmiş olan süd pasterizə olunmuş süd üçün nəzərdə tutulmuş boru xətti ilə süd çəninə daxil olur. Burada pasterizasiya olunmuş süd qarışdırıcı vasitəsilə qarışdırılır. Süd çənindəki ümumi süd kütləsinin hərarəti tələb olunan pasterizasiya həddinə çatdıqdan sonra termonizamlayıcı vasitəsilə sistem avtomatik olaraq söndürülür.
QOZU QƏRZƏKDƏN TƏMİZLƏYƏN VƏ YUYAN QURĞU