Aylıq arxiv: Fevral 2022

10 fevral 2022-ci il

10.02.2022-ci il tarixdə Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “İnnovativ texnikalar Fermerin yanında” layihəsi çərçivəsində tarla müşavirəsi keçirilmişdir. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumların nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları və fermerlər iştirak etmişdir.

Daha ətraflı »

21 yanvar 2022-ci il

21 yanvar 2022-ci il tarixdə “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının əməkdaşları Quliyev Ş.Ə., Hüseynov Ə.Q. və Əliyev K.İ. Samux rayonundakı “Ata-Aqro” MMC-də olmuş, cəmiyyətə məxsus olan istixana təsərrüfatında tərəvəz bitkilərinin becərilməsində istehsal proseslərinin avtomatlaşdırılması sahəsində istifadə olunan qurğu və avadanlıqların iş prinsipləri ilə yaxından tanış olmuşlar. Tanışlıqda əldə olunan materiallar, baza təsərrüfatı kimi, laboratoriyada yerinə yetirilən elmi-tədqiqat işlərinin aparılmasında …

Daha ətraflı »