Aylıq arxiv: Aprel 2020

22 aprel 2020-ci il

İnstitut əməkdaşlarının iştirakı ilə Sabirabad Dayaq Məntəqəsinin 5 ha əkin sahəsində pambıq səpini aparılmışdır. Səpin Türkiyə istehsalı olan 4 cərgəli, cərgələrarası məsafə 90 sm olan “CANSA” markalı pambıq çiyidi səpən qurğu ilə yerinə yetirilmişdir . Tədbirdən görüntüləri nəzərinizə çatdırırıq.

Daha ətraflı »

21 aprel 2020-ci il

İnstitut əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Troslu çevik mala”nın Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin əkin sahəsində sınağı aparılmış və fermerlərə nümüyiş olunmuşdur. “Troslu çevik mala”ya Rusiya Federasiyasının patenti alınmışdır. Qurğunun sınağının ilkin nəticələri qənaətbəxş olmuş və tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Torpağın əkinqabağı becərilməsindən sonra sahədə pambıq səpini aparılmışdir. Tədbirdən görüntüləri nəzərinizə çatdırırıq.

Daha ətraflı »