İnstitut əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Troslu çevik mala”nın Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin əkin sahəsində sınağı aparılmış və fermerlərə nümüyiş olunmuşdur. “Troslu çevik mala”ya Rusiya Federasiyasının patenti alınmışdır. Qurğunun sınağının ilkin nəticələri qənaətbəxş olmuş və tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Torpağın əkinqabağı becərilməsindən sonra sahədə pambıq səpini aparılmışdir. Tədbirdən görüntüləri nəzərinizə çatdırırıq.