İnstitut əməkdaşlarının patent səviyyəsində hazırladıqları “Qozu qərzəkdən təmizləyən və yuyan qurğu”da badamın qərzəkdən təmizlənməsi və yuyulmasının ilkin sınağı aparılmışdır. Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur. Müəyyən edilmişdir ki, qurğunun məhsuldarlığı (850- 900) kq/saat , əl əməyi ilə müqayisədə isə əmək məhsuldarlığı 30 dəfədən artıq olmuşdur. “Qozu qərzəkdən təmizləyən və yuyan qurğu”da bəzi konstruktiv dəyişiliklər etməklə ondan Respublikanın badam yetişdirməklə məşğul olan kəndli- fermer təsərrüfatlarında tətbiqi məqsədəuyğun olardı.