19 fevral 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Dissertant Səlmanov Babək Zakir oğlunun “Yerli bitki yağlarından istifadə etməklə üzlü süd əvəzedicisi hazırlanmasının səmərəli texnologiyasının və qurğusunun işlənməsi” (3102.01– “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işinin müzakirəsi olunmuşdur.
Dissertasiya işinin elmi rəhbəri: t.e.d., professor X.H. Qurbanov.
Dissertasiya işinə rəy verənlər:
– t.f.d., dosent N.M.Nuriyev,
– t.f.d., dosent İ.M.Hacıyev.
Qərara alındı:
Dissertant Səlmanov Babək Zakir oğlunun “Yerli bitki yağlarından istifadə etməklə üzlü süd əvəzedicisi hazırlanmasının səmərəli texnologiyasının və qurğusunun işlənməsi” mövzusunda dissertasiya işi göstərilən iradları aradan qaldırmaqla açıq şurada müdafiəsi məqsədəuyğun hesab edilsin.