31 yanvar 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İnstitutun dissertantı Məmmədov Natiq Xankişi oğlunun “Dənli yemlərin mikronizasiya texnologiyası və qurğusunun təkmilləşdirilməsi” (3102.01– “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi müzakirə olunmuşdur.
Dissertasiya işinin elmi rəhbəri: t.e.d., professor X.H. Qurbanov.
Dissertasiya işinə rəy verənlər:
– t.f.d., dosent N.M.Nuriyev,
– t.f.d., dosent İ.M.Hacıyev.
Qərara alındı:
Dissertant Məmmədov Natiq Xankişi oğlunun “Dənli yemlərin mikronizasiya texnologiyası və qurğusunun təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi göstərilən iradları aradan qaldırmaqla ixtisaslaşdırılmış Elmi Şuraya təqdim edilsin.