17 yanvar 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
GÜNDƏLİK MƏSƏLƏLƏR:
- İnstitutun 2020-ci il üçün Elmi Şuranın tərkibinin və iş planının təsdiqi.
- İnstitutun 2020-ci il üçün strukturu və ştat cədvəlinin təsdiqi.
- İnstitutun 2020-ci il üçün mövzu planının təsdiqi.
- Müxtəlif məsələlər.
Birinciməsələüzrə:
Dinlənildi: direktor K.H.Fətəliyev institutun 2020-ci il üçün tərkibi və iş planı ilə şuranın üzvlərini tanış etdi.
Qərara alındı: İnstitutun 2020-ci il üçün Elmi Şurasının tərkibi və iş planı təsdiq edilsin.
İkinci məsələ üzrə:
Dinlənildi: direktor K.H.Fətəliyev institutun 2020-ci il üçün strukturu və ştat cədvəli ilə tanış etdi.
Qərara alındı: İnstitutun 2020-ci il üçün strukturu və ştat cədvəli təsdiq edilsin.
Üçüncü məsələ üzrə:
Dinlənildi: direktorun elmi işlər üzrə müavin əvəzi X.Ə. Məmmədov institutun 2020-ci il üçün mövzu planı ilə tanış etdi.
Mövzu planında 1 istiqamətdə, 2 problem 7 elmi mövzunun işlənməsi nəzərdə tutulur.
Qərara alındı: İnstitutun 2020-ci il üçün mövzu planı təsdiq edilsin.
Müxtəlif məsələ üzrə:
- Dinlənildi:böyük elmi işçi H.N.Qurbanov dərc olunmaq üçün təqdim etdiyi “Pambığın becərilməsində mulçalama texnologiyası və mulçalayan maşınlar” adlı məqaləsinin məzmunu ilə tanış etdi.
Qərara alındı: “Pambığın becərilməsində mulçalama texnologiyası və mulçalayan maşınlar” adlı təklifin dərc olunması tövsiyə edilsin.
- Dinlənildi:direktor K.H.Fətəliyev institutun əməkdaşları İ.O.Məmmədov, K.H.Yaqubov, X.Ə.Məmmədov, E.Ə.Süleymanov gələcəkdə su qıtlığını nəzərə alaraq tərtib edilmiş “Sadə konstruksiyalı subartezian quyusu qazan qurğu” adlı layihənin məzmunu ilə tanış etdi.
Qərara alındı: “Sadə konstruksiyalı subartezian quyusu qazan qurğu” adlı layihənin icra olunması üçün Aqrar Elm və İnnovasiya Mərkəzinə göndərilməsi məqsədəuyğun hesab edilsin.