28 dekabr 2015-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurası keçirildi. Elmi Şurada Şuranın sədri prof. İ.Cəfərov əvvəllər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 119 nömrəli qərarı və Kənd Təsərrüfatı Nazirliyinin 20 noyabr 2015-ci il tarixli 119 nömrəli əmri ilə öz hüquqi varisliyini saxlamaqla adı dəyişilərək Aqromexanika Elmi-Tədqiqat İnstitutu adı ilə Universitetin tabeliyinə verilməsi haqda Şura üzvlərini məlumatlandırdı.
Daha sonra institutun direktoru Kamil Fətəliyev institutun yeni strukturu və ştat cədvəli ilə şura üzvlərini tanış edərək təsdiq edilməsini xahiş etdi.
Elmi Şura tərəfindən institutun yeni strukturu və ştat cədvəli təsdiq olundu.