23-25 noyabr 2015

23-25 noyabr 2015-ci il tarixdə Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi aləti tərəfindən təşkil olunmuş “Dəyərli zəncirin inkişafında aqroservis xidmətlərinin rolu” mövzusunda TAİEX seminarı keçirilmişdir.

Seminarın məqsədi: Aqroservis müəssisələrinin səmərəliliyinin artırılması, habelə kiçik və orta həcmli fermer təsərrüfatlarında xidmət tariflərinin azaldılması üçün Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi olmuşdur.

Seminarda İnstitutdan “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d., dosent Siyavuş Sadıxov iştirak etmişdir.