15-16.12.2016-cı il tarixlərdə institutunn Elmi Şurasında 2016-cı ildə müxtəlif mövzular üzrə ayrı-ayrı mərhələlərdə yerinə yetirilmiş elmi işlərin müzakirəsi keçirildi və irad və təkliflər nəzərə alınmaqla mövzu rəhbərlərinin hesabatı qəbul edildi.
Sonda qeyd edildi ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 5 ədəd ixtiraya RF-nın patenti alınmış, 27 ədəd elmi məqalə dərc edilmiş ( bunlardan -11 ədədi xarici jurnallarda) , 2 ədəd tövsiyyə hazırlanmış, 4 ədəd kiçik qabaritli maşın ( qaba yem xırdalayan, quru ot doğrayan, qarğıdalı dənini qıcadan ayıran və qozu qərzəkdən təmizləyən) dövlət sınağından müvəffəqiyyətlə kecərək istehsalata tövsiyə olunmuşdur.