15 sentyabr 2016-cı il tarixdə Kənd Təsərrüfatı Naziri Heydər Əsədov “ Bilik günü ” münasibəti ilə Gəncədə olmuş və Azərbaycan Dövlət Aqrar Universitetinin “ Mühəndislik” korpusunun əsaslı təmirindən sonra açılışında iştirak edərək universitetin professor-müəllim heyyətini və tələbə gəncləri təbrik etmişdir.
Tədbirdən sonra nazir və onunla birgə gəlmiş nazir müavini Seyfəddin Talıbov, nazirliyin bir qrup nümayəndələri universitetin fakultələrində və yeni tələbə yataqxanasında yeni tədris ilinə hazırlığın vəziyyəti ilə yaxından tanış olmuşlar.
Günün ikinci yarısında nazir Heydər Əsədov öz əməkdaşları ilə birgə Elmi-Tədqiqat “ Bitki Mühafizəsi və Texniki Bitkilər ” İnstitutunun binasında gedən əsaslı təmirlə və institutumuzda aparılan elmi-tədqiqat işləri ilə maraqlanmışlar.
Son illər kəndli-fermer təsərrüfatları üçün institutda patent səviyyəsində hazırlanmış bir sıra kiçik qabaritli qurğuların gələcəkdə müəyyən partiya şəkilində zavod şəraitində hazırlanaraq satışını təşkil etmək məqsədilə “Aqrolizinq” ASC-nin idarə heyyətinin sədri Elçin Məmmədova nazir tərəfindən lazımi tapşırıqlar verilmişdir.