Azərbaycan Texnologiya Universitetinin dosenti Məlikov Əhməd Qulu oğlunun “Azərbaycanın milli unlu məmulatları istehsalında texnoloji proseslərin intensivləşdirilməsi “ mövzusu üzrə texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin aparıcı müəssisə kimi institutun Elmi Şurasında müzakirəsi keçirilmişdir.
Müzakirənin nəticəsi olaraq dissertasiya işi müsbət qiymətləndirilmiş və iddiaçının texnika elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğu haqqda yekun qərara gəlinmişdir.