Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əkin sahəsində institutda təcrübi nümunəsi hazırlanmış 4 gövdəli kombinəedilmiş kotanın sınağı aparılmışdır. Kotan “Belorus” MTZ 892 markalı traktorla aqreqatlaşaraq şum əməliyyatı aparmaqla eyni vaxtda tələb olunan norma üzrə mineral gübrə də ( azot, fosfor, kalium) səpir. Sınağın nəticələri qarşıya qoyulan tələbatı təmin etmişdir.
Sınaqda dos. N.Nuriyev, dos. K.Yaqubov, dos. E.Nağıyev, baş konstruktor İ.Məmmədov və başqaları iştirak etmişlər.