16 fevral 2016-cı il tarixdə Az. “Neft-qazmas” ASC-nin baş direktoru texniki elmlər doktoru Vahid Hacıyev və Akkord Steel Construktion Company MMC-nin direktoru Mustafa Məmmədov institutda olmuşlar. Onlar ixtira səviyyəsində təcrübi nümunəsi institutda hazırlanmış bir sıra kənd təsərrüfatı maşınları, onların iş prinsipi və səmərəliliyi ilə tanış olduqdan sonra gələcəkdə kənd təssərüfatı nazirliyi ilə razılıq əsasında həmin maşınların partiya şəklində ölkəmizdə istehsalı ilə fəaliyyətə başlamaq niyyətində olduqlarını bildirmişlər.