30 avqust 2025-ci il tarixində Göygöl rayonunda Aqrar Biznes Festivalı və “II Moruq Festivalı” keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, “II Moruq Festivalı” yerli istehsalçılara öz məhsullarını daha geniş auditoriyaya tanıtmağa, aqroturizmin inkişafı baxımından Göygöl rayonunun imkanlarının nümayişinə imkan verir. O qeyd edib ki, festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bölgələrdə təşkil olunan məhsul festivalları aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün öz məhsullarını nümayiş etdirmək, yeni satış kanalları tapmaq və təcrübə mübadiləsi aparmaq üçün gözəl bir platformaya çevrilib. O, keçirilən festivalların həm də maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb etdiyini, festivallar çərçivəsində “Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri” panel müzakirələrin və kredit yarmarkasının təşkil olunduğunu xatırladıb.
Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini Xudayar Məmmədov institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular haqqında məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: